• 2020biz.az
  • Siyasət
  • Tanınmış jurnalist Pərviz Həşimli Türkiyə səfirindən müsahibə aldı – Eksklüziv

Tanınmış jurnalist Pərviz Həşimli Türkiyə səfirindən müsahibə aldı – Eksklüziv

TÜRKİYƏ SƏFİRİ “GÜNÜNSƏSİ”NİN ÇOXSAYLI SUALLARINI CAVABLANDIRDI.

Tanınmış jurnalist, gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoraldan müsahibə alıb.

2020BİZ.Az həmin müsahibəni təqdim edir.

-Cənab səfir, birinci ondan başlayaq ki, Türkiyənin Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş 10 noyabr razılaşmasında iştirakı və rolu nədən ibarət olub? Azərbaycanda bu atəşkəsin 4-lü formatda olmasını, yəni, Türkiyənin də iştirakını arzulayırdıq. Bu, niyə mümkün olmadı?

-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi 30 ilə yaxındır ki, eyni qalıb. Bu məsələdə siyasətimiz heç zaman dəyişmədi. Bu da ondan ibarət olub ki, Dağlıq Qarabağ problem Azərbaycanın olduğu kimi, Türkiyənində qəlbində bir yaradır. İlk gündən bəyan etmişik ki, problemin həlli ilə bağlı Azərbaycanın qəbul edəcəyi qərarı biz də dəstəkləyəcəyik. Yetər ki, Azərbaycan “mənim üçün uyğundur” desin. Müharibə dönəmində də bu siyasətimizdə heç bir dəyişiklik olmadı. Sonuna qədər Azərbaycanın yanında olduq.

Azərbaycanın qəbul edə biləcəyi bütün variantları biz də qəbul edəcəyimizi dünyaya bəyan etdik.

Türkiyə bu prosesin içində oldu. Bunun içində olduğumuzun ən önəmli göstəricisi isə keçən həftə Rusiya ilə Ağdamda ortak müşahidə məntəqəsinin açılmasıdır. Müharibədən sonra da atəşkəsin qorunması prosesində varıq. Biz Türkiyə Cümhuriyyəti olaraq Azərbaycana ehtiyac duyduğu hər məsələdə əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bu məsələlərdə Azərbaycanla aramızda eyni fikir birliyi var.

– Cəmiyyətimizdə ən çox soruşulan sual budur ki, Türkiyə, niyə Rusiya ilə eyni sayda əsgər göndərmir? Azərbaycanlılar arzu edir ki, türk ordusu Şuşada, Kəlbəcərdə və Qarabağın bir sıra bölgələrində yerələşsin. Çünki, Rusiyanın anlaşmanı tez-tez pozduğunu görürük və bu tendensiyanın genişlənməsi təhlükəsi var.

– Bizim Azərbaycanla hərbi sahədə müxtəlif səviyyəli əməkdaşlığımız var. Bu anlaşma çərçivəsində türk ordusunun əsgərləri Azərbaycanda olub. Çoxsaylı birgə təlimlərimiz olub. Bunların bir qismi Türkiyədə, bir qismi Azərbaycanda gerçəkləşib. Hazırda Qarsda bu təlimlər gedir. Əsgəri anlamda yüksək səviyyədə münasibətimiz var. Atəşkəs dönəmi üçün də Rusiya ilə eyni sayda mərkəzdə təmsil olunuruq. Burada türk və rus əsgərləri birlikdə atəşkəsə nəzarət edir. Bayaq, adını çəkdiyiniz yerlərdə rus əsgəri yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan nə zaman bunu istəsə biz hazırıq. Azərbaycanın ehtiyacı, tələbi çərçivəsində bu məsələlər həll olunasıdır.

– 44 günlük müharibədə Türkiyənin Azərbaycana siyasi mənəvi dəstəyi mühüm rol oynadı. Eyni zamanda hərbi sənaye komplkesinin Azərbaycana verdiyi müasir silahlar, pilotsuz döyüş aparatları qələbənin əldə olunmasına böyük töhfə Azərbaycanda belə istəklər var ki, ordumuz Türkiyə standartları ilə yenidən formalaşsın. Türkiyə buna hazırdırmı?

– Azərbaycanın güclü ordusunun olması hər zaman bizim üçün əhəmiyyətli olub. Hətta Azərbaycan müstəqilliyinin ilk ilərində bunun üçün dəstəyimiz olub. Həmin illərdə çoxsaylı azərbaycanlı əsgərlər Türkiyədə hərbi təhsil aldılar. Ötən illər ərzində azərbaycanlı hərbçilər Türkiyədə ayrıca ixtisaslara yiyələnib.

Bu gün də davam edən hərbi əməkdaşlıq yüksək səviyyədədir. Bütün bunlar Azərbaycanın güclü ordusu üçün edilir. Azərbaycan ordusu 44 günlük Qarabağ savaşında sübut etdi ki, dünyanın ən güclü ordularından biridir. İşğal altındakı torpaqları azad etməklə, bunu dünyaya sübut etdi. Ordunun bundan da daha güclü olması üçün Türkiyə hər dəstəyə hazırdır.

– Cənab səfir, Azərbaycan GUAM çərçivəsində Ukrayna, Gürcüstan və Moldova ilə əməkdaşlıq edir. Son zamanlar müxtəlif səbəblərdən bu təşkilatın fəaliyyəti zəifləyib. Bu ölkələrin hamısının ərazisində rus ordusu var, sonuncu olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə rus sülhməramlıları gəldilər. Belə rəylər var ki, GUAM güclənməlidir və Türkiyənin bu təşkilatla sıx əməkdaşlığı vacibdir. İndiki halda Türkiyənin bu ölkələrlə ayrı-ayrılıqda əlaqələri var. Bu təşkilatla qarşılıqlı inteqrasiya perspektivini siz necə görürüsüz?

– Bilirsiniz ki, Türkiyə GUAM-ın üzvü deyil. Amma dediyiniz kimi bu təşkilata üzv olan bütün ölkələrlə sıx əlaqələrimiz var.

Bu təşkilatda olan ölkələrin də torpaq problemləri var. Aralarında bir-birinə həmrəylik göstərmək niyyətləri var. Türkiyə isə GUAM-a bənzər təşkilatları dəstəkləyir. Bunların beynəlxalq aləmdə daha güclü mövqeyə sahib ola bilmələri üçün dəstək verir. Onların istəklərinə uyğun olaraq, Türkiyə hazırdır ki, əlindən gələni etsin.

– Türkiyə-Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonrakı inkişafını necə görürüsüz? Həll edilməmiş hansı məsələlər var ki, Ankara onlarla bağlı addımlar atılmasını gözləyir?

-Bizim aramızda həll edilməmiş hər hansı problem yoxdur. Biz zatən iki qardaş dövlətik. Bir-birimizlə danışıb, həll edə bilməyəcəyimiz mövzu yoxdur. Çünki, iki dövlət, bir millətik. 44 günlük Qarabağ müharibəsində də bunu bütün dünya gördü və qəbul etdi.

Bir neçə il öncə Türkiyə vətəndaşlarına tətbiq edilən viza qaldırıldı. Artıq hər iki dövlətin vətəndaşları bir-iki ay sonra şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş edəcək. Bizim münasibətlərin bənzərini tapmaq çətindir.

Bizim münasibətlər qarşılıqsızdır, çünki, qardaşlığa söykənir. Prezidentlərimiz bir-birinə qardaş deyir və bununla bizlər üçün bir yol göstərirlər. Biz də əlimizdən gələn hər şeyi edirik ki, bu birlik əbədi olsun.

Ortaya hansısa məsələlərə aid problem çıxarsa, o da qarşılıqlı şəkildə həll olunasıdır.

Bu gün iki ölkə vətəndaşları arasında da qohumluluq sürətlə armaqdadır, evlənənlərin sayı artır. Artıq hər ailədə bunu görmək olur.

Hər keçən gün biz daha da bir-birimizə doğmalaşırıq.

Pərviz Həşimli

Gununsesi.info

youtube abone satın al

YORUMLAR

En az 10 karakter gerekli

Sıradaki haber:

Qarabağın statusu nəyin qarşılığında müzakirə ediləcək?-KOÇARYAN

2020biz.az'e üye olun

Zaten üye misiniz ? Buraya tıklayarak Üye girişi sağlayabilirsiniz.

2020biz.az'e giriş yapın

Henüz üye değil misiniz ? Buraya tıklayarak Üye olabilirsiniz.

Kapaklı escort Kilimli escort Termal escort Korgan escort Burhaniye escort Of escort Şehzadeler escort Marmaris escort Karaköprü escort Dulkadiroğlu escort Keşap escort Turhal escort Suşehri escort Yerköy escort Oba escort Malkara escort Gozlu escort Gelibolu escort Perşembe escort Edremit escort Karabük mutlu son Kağıthane mutlu son Kavak mutlu son İskilip mutlu son İpsala mutlu son Karaman mutlu son Karacabey mutlu son Kıbrıs mutlu son Kadirli mutlu son Kağızman mutlu son Siirt mutlu son Mersin mutlu son Etiler mutlu son Muğla mutlu son Silifke mutlu son Niksar mutlu son