Ağla Qərənfil, ağla – MƏMMƏD ASLAN

20 Yanvar faciəsi Azərbaycan ədəbi mühitində də dərin izlər buraxmışdır. Bu mövzuda yazılan əsərlərin ən mükəmməli Məmməd Aslana məxsusdur.

2020BİZ.az həmin şeri təqdim edir.

Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!

Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!

Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!

Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!

Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!

Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!

Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!

Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!

Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!

Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!

Məmməd Aslan

 

elazığ escort

YORUMLAR

En az 10 karakter gerekli

Sıradaki haber:

20 Yanvar gecəsinin acı xatirələri – ZƏRRAF ŞİRİNOV

2020biz.az'e üye olun

Zaten üye misiniz ? Buraya tıklayarak Üye girişi sağlayabilirsiniz.

2020biz.az'e giriş yapın

Henüz üye değil misiniz ? Buraya tıklayarak Üye olabilirsiniz.

Oba escort aydın mutlu son masaj balıkesir mutlu son masaj bartın mutlu son masaj batman mutlu son masaj bayburt mutlu son masaj bilecik mutlu son masaj bingöl mutlu son masaj bitlis mutlu son masaj bolu mutlu son masaj burdur mutlu son masaj www.elmasajeinfantil.com Malatya mutlu son masaj Yalova mutlu son masaj Sivas mutlu son masaj Tokat mutlu son masaj Kayseri mutlu son masaj Trabzon mutlu son masaj Aydın mutlu son masaj Elazığ mutlu son masaj Afyon mutlu son masaj Kütahya mutlu son masaj Ordu mutlu son masaj Eskişehir mutlu son masaj Gaziantep mutlu son masaj