Vergi ödəyicilərinin nəzərinə – ƏZİZ QƏNBƏROV

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərovun “Vergi ödəyicilərinin vacib hüquqları” adlı məqaləsini 2020BİZ.az oxucularına təqdim edirik.

Son zamanlar ölkəmizdə aparılan islahatların əsasını iqtisadi və sosial səhədəki islahatlar tutur ki, bu da təsadüfi deyildir. Mərhum Prezidentimiz Heydər Əliyev demişdir ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu baxımdan bu gün dövlət siyasətinin də əsas özəyini məhz iqtisadi islahatlar təşkil edir. Dövlətimizin aidiyyəti qrumları iqtisadi islahatları elə icra etməlidirlər ki, iqtisadiyyatımızın neft asılılığı tamamilə aradan götürülsün. Qeyri neft sektoru inkişaf etsin. Qeyri neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlıq subyektlərinə yaradılmış şəraitdən aslıdır. Sahibkarlıq subyektlərinə qanunsuz müdaxilələrin aradan qaldırılması sahəsində ölkə prezidenti cənab İlham Əliyev mütəmadi olaraq fərmanlar və sərəncamlar qəbul edir ki, bu da normativ hüquqi bazanının genişlənməsi və dövlətin daim bu sahəni diqqət mərkəzində saxlaması deməkdir. Sahibkar qanunla müəyyən edilmiş vergi və digər icbari ödənişlərdən başqa ələvə ödənişlərə məcbur edilə bilməz.
Azərbaycan Kespublikası Konustitusiyasının 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Bu konustitusion hüquq vergi ödəyicilərinin vergitutma sahəsində təməl hüququdur. Vergi Məcəlləsinin 15-ci maddəsi vergi ödəyicilərinə geniş hüquqlar vermişdir. Həmin hüquqların bəzilərini bu məqalədə şərh etməyə çalışacağıq.
– Vergi Ödəyicisinin;
– vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək hüququ var – yəni vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanından və ya vergi ödəyicisində birbaşa yoxlama (nəzarət tədbiri) həyata keçirən vergi orqanının əməkdaşından ona münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək hüququ var. Bu o deməkdir ki, vergi ödəyicisi vergi orqanından və ya vergi əməkdaşından təkcə Vergi Məcəlləsinin deyil bu sahədə olan bütün normativ hüquqi aktların (Konustitusiya, referendumla qəbul edilmiş aktlar, beynəlxalq müqavilələr, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar və s) tələblərinə düzgün riayyət etməsini tələb edə bilər.
– vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək – Vergi ödəyicisinə qanunun verdiyi bu hüquq çox əhəmiyyətlidir. Lakin bu gün əksər vergi ödəyicilərinin hüquqlarını ən azı orta səviyyədə bilməməsi onların bu hüquqdan geniş istifadə etməsinə maneədir. Vergi ödəyicisi qanunvericiliyi o dərəcədə bilməlidir ki, vergi orqanlarının və onların vəzifəli şəxslərinin qanunauyğun olmayan qərarlarını (hərəkət və hərəkətsizliyini) ayırd edə bilsin. Təcrübədə bu hüquqdan istifadə demək olar ki, yox dərəcəsindədir. Bu hüququn geniş tətbiqi üçün sahibkarlıq fəaliyyəti göstərən hər bir şəxs vergi qanunvericiliyini ən azı orta səviyyədə bilməlidir.
– vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qeyri-qanuni aktları (qərarları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin tam ödənilməsini, qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək – Vergi ödəyicləri hesablanmış qanunsuz vergi (və ya vergi orqanının əməkdaşlarının qanunsuz hərəkət və hərəkətsizliyi) nəticəsində məruz qaldığı inzibati tədbirlər nəticəsində zərərə düşərsə dəymiş zərərin tam ödənilməsini tələb etmək hüququ var. Hesablanmış qanunsuz vergi zamanı inzibati tədbir dedikdə vergi ödəyicisinin bank hesabına sərəncam qoyulması nəticəsində vergi ödəyicisinin fəaliyyətinin məhdudlaşması, əmlakın siyahıya alınması nəticəsində həmin əmlakdan vergi orqanı istifadəyə icazə vermədikdə və s. ola bilər. Məhkəmənin və ya yuxarı vergi orqanının qərarına əsasən vergi ödəyicisinin haqlı olduğu müəyyən edildikdə vergi ödəyicisi dəymiş zərərin əvəzinin ödənilməsi üçün aidiyyəti üzrə müraciət edə bilər. Eyni zamanda vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyət yaratması hüququ da yuxarıda qeyd edilənlərin məntiqi davamıdır.

Vəkil Əziz Qənbərovla əlaqə saxlaya bilərsiniz:

Telefon: +994 50 271 21 21
Email: sizinvekil@gmail.com
Web: http://ezizqenberov.info/vekil/

düzce escort bayan

YORUMLAR

En az 10 karakter gerekli

Sıradaki haber:

Vəkillər Kollegiyası büdcəyə pul qaytardı – AÇIQLAMA

2020biz.az'e üye olun

Zaten üye misiniz ? Buraya tıklayarak Üye girişi sağlayabilirsiniz.

2020biz.az'e giriş yapın

Henüz üye değil misiniz ? Buraya tıklayarak Üye olabilirsiniz.

Oba escort aydın mutlu son masaj balıkesir mutlu son masaj bartın mutlu son masaj batman mutlu son masaj bayburt mutlu son masaj bilecik mutlu son masaj bingöl mutlu son masaj bitlis mutlu son masaj bolu mutlu son masaj burdur mutlu son masaj www.elmasajeinfantil.com Malatya mutlu son masaj Yalova mutlu son masaj Sivas mutlu son masaj Tokat mutlu son masaj Kayseri mutlu son masaj Trabzon mutlu son masaj Aydın mutlu son masaj Elazığ mutlu son masaj Afyon mutlu son masaj Kütahya mutlu son masaj Ordu mutlu son masaj Eskişehir mutlu son masaj Gaziantep mutlu son masaj