Ustadlar Ustadı Aşıq Alı haqqında – ƏZİZ QƏNBƏROV

Ustadlar ustadı Aşıq Alı haqqında aşıq həvəskarı, itisasca hüquqşünas, peşə olaraq isə Vəkil olan Əziz Qənbərovun yazısını Siz oxucularınn ixtiyarına veririk.

Hörmətli oxucu! Mən ixtisasca hüquqşünas olsam da yetişdiyim mühit (Kəlbəcər) Aşıq sənətinə dərindən bağlı olduğu üçün bu sənət illər ötdükcə mənim ruhumun daha dərin qatlarına sirayət etmiş, özümü bu sənətin dinləyicisi kimi bir dəqiqə də ondan ayrı hiss etmədiyim qənaətini məndə formalaşdırmışdır. Xüsusilə Göyçə-Kəlbəcər şifahi xalq ədəbiyyatı və digər ədəbi mühiti bir birinə o qədər doğmadırlar ki, onları bir birindən ayırmaq mümkün deyildir. Göyçə Aşıq mühitinin azman sənətkarı Ustadlar Ustadı Aşıq Alı haqqında yazmaq çox çətindir. Mənim Onun haqqında yazı yamaq cəsarətində bulunmağım Onun hazırda layiq olduğu səviyyədə təbliğ edilməməsidir. Aşıq sənətinin dərinliklərindən halı olmasam da ən azından ümman olan Aşıq Alı haqqında bir damla da olsun oxucuya nəsə çatdırmaq özümün mənəvi rahatlığıma az da olsa töhvə verəcəyini düşündüm.

Hazırda yaşadan Aşıqlarımız bu gün Aşıq Alı yaradıcılığına az az müraciət edirlər. Bununda səbəbindən biri həmin Aşıqların biganəliyi və daha populyar olan Aşıqlardan oxuması olsa da, digər bir səbəbi də Aşıq Alının özü və əsərləri haqqında bu gün çox az sayda kitabların olmasından irəli gəlir. Aşıq Alının əsərlərinin bu gün bizə az sayda çatması onun əsərlərinin bəzilərinin “araşdırmaçılar” tərəfindən özgəninkiləşdirilməsi, Aşıq Alının doğulduğu Göyçə Mahalının, Basarkeçər rayonunun Qızılvəng kəndinin dəfələrlə ermənilər tərəfindən xüsusi olaraq represiyalara məruz qalması, Aşıq Alının oğlanlarının bu represiyalar nəticəsində hazırkı Türkiyə ərazisinə köçmələri olmuşdur. Düzdür Göyçə mahalı bütünlüklə ermənilər tərəfindən daima represiyalara məruz qalsa da Qızılvəng kəndinə qarşı xüsusi amansızlıq olunmuşdur. Çünki Qızılvəng kəndi Göyçə mahalının digər ərazilərindən fərqli olaraq Türkçülüyün daha çox təbliğ olunduğu bir kənd olmuşdur. Türkçülüyün məhz həmin kəndə daha çox sevilməsində Aşıq Alının xüsusi rolunu qeyd etmək yerinə düşər. Aşıq Alının hamımıza məlum olan məhşur Türkiyə səfəri elə məhz bu sevgidən qaynaqlanmışdır.

Bu gün Cəmiyyətdə belə bir fikir formalaşmışdır ki, Göycə Aşıq mühitinin inkişaf mərhələsi Aşıq Ələsgər və Ondan sonrakı dövrə təsədüf edir. Bu fikir tamamilə yalnış bir fikirdir. Çünki elə Aşıq Ələsgərin Aşıq Ələsgər olmasında xüsusi yeri məhz Aşıq Alı tutmuşdur. Ustad bacarıqlı, ustad adını müqəddəs tutan, mənəviyyatca pak, özünə və şayirdlərinə qarşı tələbkar, sənətini dərindən bilən və ona ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir ki, yetişdirdiyi şəyirdlərə də bu kefiyyətləri aşılıya bilsin. Düzdür Aşıq Ələsgər fitri istedada malik bir azman sənətkar olmuşdur. Ancaq O yazmağı və oxumağı bilməmiş, güclü yaddaşa malik biri olduğu üçün Aşıq Alının ağzından çıxan kəlmələrlə zəngin söz ehtiyatı yığmaqla bərabər dünyəvi və dini elimlərin bilicisi olmuşdur. Deməli buradan belə bir nəticə hasil olur ki, Aşıq Alı Aşıq Ələsgərdən heç də geri qalan Aşıq olmamış əksinə Aşıq Ələsgərin ustadı olması Aşıq Alının bir pillə Ondan yuxarıda durmasından xəbər verir. Yuxarıda da qeyd etdiyim kimi Aşıq Alının əsərlərinin bu gün bizə az çatmasının əsas səbəbi onun oğul övladlarının Türkiyəyə köçməsi nəticəsində həmin əsərlərin bizim əlimizə gəlib çatmaması, xalqın yaddaşlarında olan əsərlərini isə dırnağarası araşdırmaçılar tərəfindən özgəninkiləşdirilməsi olmuşdur. Aşıq Alının əlimizə gəlib çatan əsərlərinə baxanda Onun necə dahi biri və ümman sənətkar olmasından xəbər verir.

AŞIQ ALI

Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Müxtəsəri, qazandığım bez oldu.

Mən xabi-qəflətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım.
Mülkə, vara, zərrə tamah salmadım,
Çox gördüm zər-ziba bir gün toz oldu.

Gəlib gedir yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?..
Səndən qalan qatar-qatar söz oldu.

AŞIQ ƏLƏSGƏR

Qafil dilim, bu nə yoldu tutubsan,
Sərf еdirsən nə kamaldı dünyada.
Dövlətə güvənib, gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada.

Guşumda sırğadı, sinəmdə dağdı;
Ağıllı unutmaz, nеcə ki sağdı:
Dövlətdən qismətin bеş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.

Yığılar məxluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıq Ələsgər,
Özün gеtdin, sözün qaldı dünyada.

Təkcə Aşıq Alının bu qoşması onun xarakteri haqqında nələrisə öyrənməyə yetər. Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Aşıq Alı bu əsərində obraz kimi özünü versə də əslində O insanlara demək istəyir ki, kimliyindən aslı olmayaraq qazandığın dünya malı puçdur, varının dövlətinin ən qiymətli hissəsi bezdən ibarətdir.
Aşıq Alıdan sonra isə Aşıq Ələsgər yazır:

Hər iki şerə diqqət etsən görərsən ki, eyni məzmun, eyni fikir. Sanki hər iki şer bir sinonimliyi yaratmışdır. (eyni məna verən yalnız yazılışı fərqli olan).
Bir rəvayətdə qeyd edilmişdir ki, Aşıq Alı ilə Aşıq Ələsgər arasında deyişmə olmuş. Aşıq Alı öz şəyirdinin mükəmməl birisi olduğunu göstərmək üçün qəsdən Aşıq Ələsgərə uduzur. Aşıq Ələsgər də məhşur o deyimini deyir ki;

Başına döndüyüm, xaliqi sübhan,
Haçan qüdrətindən yağ damar-damar?
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar.

Bəzi özünü araşdırmaçı adlandıran və Aşıq Alını Aşıq Ələsgərin kölgəsində qoymağa çalışan şəxslərə Aşıq Ələsgərin özü tutarlı cavabını həmin şerində vermişdir. Türkiyə kimi böyük bir inperiyanın Aşıqlarının dizini yerə gətirən birisi mümkün deyil ki, özü yetişdirdiyi şəirdə söz meydanında uduzsun. Mən ininıram ki, bu cür ixtilaflara səbəb olmuş “araşdırmaçılar” bu dünyada olmasa da o dünyada Aşıq Alı ilə Aşıq Ələsgərin cavablarını verə bilməyəcəklər.
Aşıq Alı Göyçəli Ağ Aşığın 10 il şəyirdi olmuşdur. On il ərzində O demək olar ki, Qurani Kərimi əzbərdən öyrənərək dünyəvi elmlərlə bərabər dini elmin də kamil bilicisi olmuşdur. Əgər o Qurani Kərimi əzbərə bilməsəydi Türkiyədə Əsmər xanıma bununla bağlı bir neçə qıfılbənd deyə bilməzdi.
Aşıq Alı Əsmər xanımdan görün Quran ayələrin necə soruşur:

O kimidi adı əvvəlcə əlif?
O kimidi ata madəri bilif?
Hansı Peyğənbərdir pədərsiz gəlif?
Göydəki bürclərin sanı neçədir?

Burada “pədər” sözü deyəndə ata nəzərdə tutulur ki, Aşıq Alı da Quranda adı keçən İsa Peyğənbərə işarə edir. Digər bir misal:

Kim idi kimlərnən hara qaçdılar?
Neçə il yatdılar, Kəhfi açdılar?
Sutka bilif bu hikmətə çaşdılar,
Cəhənnəmdə ol maliklər neçədir?

Bu qıfılbənddə isə adı yenə Qurani Kərimdə keçən Asəfkəf haqqında soruşur. Lakin Əsmər xanım yenə cavab verə bilməmişdir.

Aşıq Alı pak yaranıf, pak duruf
Kəbənin evini kimlərdi quruf?
Qiyamət günədək hardadır uruf?
Quranda oxunan ayə neçədir?

Quranda qiyamət gününədək insan ruhunun gözlədiyi yerə “Bərzəx” aləmi deyirlər ki, Aşıq Alı bu qıfılbənddə də ona işarə edir, lakin Əsmər xanım buna da cavab verə bilməmişdir.

Ümumiyyətlə Aşıq Alı yaradıcılığında bu tip misalları çox çəkmək olar. Qeyd etdiyim kimi, Aşıq Alı yaradıcılığını bir yazıda vermək mümkün deyil. Onun yaradıcılığı haqqında enisklopediyalar da yazmaq olar ki, Aşıq yaradıcılığının araşdırmaçılar bunu etməlidirlər.

YORUMLAR

En az 10 karakter gerekli

Sıradaki haber:

Mehriban Əliyeva bu federasiyanın prezidenti seçildi

ads360x300
2020biz.az'e üye olun

Zaten üye misiniz ? Buraya tıklayarak Üye girişi sağlayabilirsiniz.

2020biz.az'e giriş yapın

Henüz üye değil misiniz ? Buraya tıklayarak Üye olabilirsiniz.

Oba escort aydın mutlu son masaj balıkesir mutlu son masaj bartın mutlu son masaj batman mutlu son masaj bayburt mutlu son masaj bilecik mutlu son masaj bingöl mutlu son masaj bitlis mutlu son masaj bolu mutlu son masaj burdur mutlu son masaj www.elmasajeinfantil.com Malatya mutlu son masaj Yalova mutlu son masaj Sivas mutlu son masaj Tokat mutlu son masaj Kayseri mutlu son masaj Trabzon mutlu son masaj Aydın mutlu son masaj Elazığ mutlu son masaj Afyon mutlu son masaj Kütahya mutlu son masaj Ordu mutlu son masaj Eskişehir mutlu son masaj Gaziantep mutlu son masaj