Hərbi cinayətlər

Son bir ay ərzində ölkəmizdə aparılan Vətən Müharibəsi və bu sahədə hüquqi tənzimləmə məsələlərini gündəmə gətirir. Bununla bağlı 2020biz.az-ın əməkdaşımız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil və ictimai xadim Əziz Qənbərova hərbi cinayətlər barədə soruşdu.

Hərbi xidmət əleyhinə aid olan cinayətlər hansılardır?

Son bir ay ərzində ölkəmizdə aparılan Vətən Müharibəsi və bu sahədə hüquqi tənzimləmə məsələlərini gündəmə gətirir. Bununla bağlı 2020biz.az-ın əməkdaşımız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil və ictimai xadim Əziz Qənbərova hərbi cinayətlər barədə soruşdu.

Xoş gördük Əziz müəllim. Bu gün ölkəmiz vətən müharibəsi ərəfəsindədir. Bununla bağlı Sizin də təəssüratınız maraqlıdır.

– Xoş gördük. İlk öncə vətən müharibəsi dövründə Şəhid olan hərbiçilərimizə və mülki vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Təbii ki, müharibələrin heç biri qansız qadasız ötüşmür. Çox təəssüflər olsun ki, düşmənimiz hərbiçilərimizin qarşısında duruş gətirə bilmədikdə mülki vətəndaşlarımızı hədəf alır. Bu düşmənin məğlubiyyətini qəbul edə bilməməsi, nəticədə isə mülki şəxslərə qarşı aqressora çevrilməsinin bariz nümunəsidir. Ancaq bu cür aqressiya bizləri qorxutmaz əksinə daha da gücləndirər. Biz illərdir vətən həsrəti çəkirik və bu günləri səbirsizliklə gözləyirdik. Ali Baş Komandanımız cənab İlham Əliyev bir nömrəli əmri verməklə bizim arzularımızın reallaşmasına şans yaratdı. Əminəm ki, Şanlı Ordumuz inşallar işğal edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandıracaq.

Hazırda müharibə dönəmində hərbi xidmət əleyhinə olan cinayətlər gündəmə gəlmişdir. Vəkil olaraq həmin cinayətlərlə bağlı oxucularımızı məlumatlandırmağınızı xahiş edirik.

– Xalqımız, xüsusən də gənclərimiz işğalda olan torpaqlarımızı işğaldan azad etmək üçün illərdir bu günü gözləyir. Ona görə hesab edirəm ki, bu sahədə cinayət hadisəsi demək olar ki, yox səviyyəsindədir. Ancaq bu səhədə oxucularımızı maarifləndirməkdə fayda var. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 35-ci fəsli bu mövzuya həsr edilib. Cinayət Məcəlləsinin 327-ci maddəsinə əsasən Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. Həmin cinayətlərə əmri icra etməmə (maddə 328), Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər (maddə 329), Rəisə qarşı zorakı hərəkətlər (maddə 330), Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (maddə 332), Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə (maddə 333), Fərarilik (maddə 334), Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma (maddə 335), Qarovul xidmətinin nizamnamə qaydalarını pozma (maddə 336), Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma (maddə 337), Döyüş növbəsi çəkmə qaydalarını pozma (maddə 338), Sərhəd xidməti qaydalarını pozma (maddə 339), İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma (maddə 340), Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma (maddə 341), Qulluğa səhlənkar yanaşma (maddə 342), Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə (maddə 343), Batmaqda olan hərbi gəmini tərk etmə (maddə 344), Döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma (maddə 345), Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri (maddə 346), Hərbi əmlakı itirmə (maddə 347), Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə və ya məhv etmə (maddə 348), Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə (maddə 349), Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (maddə 350), Maşınları idarəetmə və istismar qaydalarını pozma (maddə 351), Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma (maddə 352) və Hərbi gəmiləri idarəetmə qaydalarını pozma (maddə 353) daxildir.

Yuxarıda qeyd edilən cinayətlərə görə təqsiri subut olunan şəxsləri törətdiyi əməlin ağırlıq dərəcəsindən aslı olaraq 0-10 ilədək azadlqıdan məhrum etmə cəzası gözləyir.

YORUMLAR

En az 10 karakter gerekli

Sıradaki haber:

Hərbi cinayətlər

2020biz.az'e üye olun

Zaten üye misiniz ? Buraya tıklayarak Üye girişi sağlayabilirsiniz.

2020biz.az'e giriş yapın

Henüz üye değil misiniz ? Buraya tıklayarak Üye olabilirsiniz.

Oba escort aydın mutlu son masaj balıkesir mutlu son masaj bartın mutlu son masaj batman mutlu son masaj bayburt mutlu son masaj bilecik mutlu son masaj bingöl mutlu son masaj bitlis mutlu son masaj bolu mutlu son masaj burdur mutlu son masaj www.elmasajeinfantil.com Malatya mutlu son masaj Yalova mutlu son masaj Sivas mutlu son masaj Tokat mutlu son masaj Kayseri mutlu son masaj Trabzon mutlu son masaj Aydın mutlu son masaj Elazığ mutlu son masaj Afyon mutlu son masaj Kütahya mutlu son masaj Ordu mutlu son masaj Eskişehir mutlu son masaj Gaziantep mutlu son masaj